Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. Oxumağa davam et
karbon qazı
Həyat üçün zəruri olan tarazlıqlar siyahısı
Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:
Yerin cazibə qüvvəsi:
- Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
- Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.
Allah`ın toz zərrəciklərində yaratdığı hikmətlər
Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox incə, pudraya bənzər maddədir. Allah tozu xüsusi məqsədlə ancaq dünyaya xas yaratmışdır. Cənnətdə toz yoxdur. Allah`ın tozu yaratmasının ardında bir çox hikmət var (doğrusunu Allah bilir). Tozun zərərləri insanın dünyaya bağlanmasının qarşısını alır. Ancaq toz olmasa, təbii proseslərin həyata keçməsində bir çox problemlər yaranar.