Atmosferin həyat üçün ideal uyğunluğu

dunya-atmosfer-850x531Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.

Oxumağa davam et

Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

worldYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Oxumağa davam et

Sonsuz birləşmə qura bilən həyati element: Karbon

Diamond and coal mining

Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Oxumağa davam et

Hüceyrədəki bənzərsiz hasilat: zülal sintezi

imagesCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Oxumağa davam et

Alovdakı dizayn

imagesCanlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir.  Oxumağa davam et