BAYQUŞLAR BAŞLARINI 270 DƏRƏCƏ NECƏ ÇEVİRİR?

4f6350b499ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.
Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.
F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Oxumağa davam et

Neandertallar: anatomiyaları və mədəniyyəti

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Həqiqətə qarşı əks-təbliğat  

Fosil tapıntıları  Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Oxumağa davam et

Piltdown Adamı Saxtakarlığı

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə “Piltdown Adamı” adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər. Oxumağa davam et

İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir?

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

Bu izlər çılpaq ayaqqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyətli daşıyan bir insanın 20 ədəd və daha kiçin bir insanın 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

Heç şübhəniz olmasın… Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Oxumağa davam et