İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti

Qubbət-üs Səhra

Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.

Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.

Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et