Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Kininiz Sizi Ədalətsizliyə Sövq Etməsin

Əda­lət, in­san­lar ara­sın­da­kı an­la­şıl­maz­lıq­la­rı həll edər­kən haqq sa­hi­bi­nə heç bir tə­rə­f tut­ma­dan haq­qı­nı ver­mək mə­na­sı­nı verir. Amma Quran əx­la­qı­na əməl et­mə­yən in­san­lar əsa­sən tam və qə­ti əda­lət an­la­yı­şı ilə hə­rə­kət et­məz­lər. Bir çox xa­ri­ci amil­lər on­la­rın ədalətli qə­rar qə­bul etmələrinə tə­sir gös­tə­rə bi­lər. Mə­sə­lən, be­lə bir adam özü­nə da­ha ya­xın he­sab et­di­yi in­sa­nın le­hi­nə qə­rar qə­bul edə bi­lər. Həm­çi­nin mən­fəə­ti­nə uy­ğun gör­dü­yü, özü­nə fay­da­lı olan şə­kil­də hökm ve­rə bi­lər. Yə­ni hər növ şəx­si mən­fə­ət na­mi­nə ve­ri­lən qə­rar əda­lət­li ol­ma­ya bi­lər.

La­kin in­san­la­rın əda­lət­siz­lik­lə­ri da­ha çox kin bəs­lə­dik­lə­ri in­san­la­ra qar­şı olan dav­ra­nış­la­rın­da or­ta­ya çı­xır. Nəf­sinin diqtə etdiyi kin his­si­nə qa­pıl­an in­san qar­şı­sın­da­kı şəxslə bağlı ədalətli qə­rar qə­bul et­mək­də çə­tin­lik çə­kə bi­lər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, Oxumağa davam et