Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var
Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et →
Quranda diqqət çəkilən Nuh Tufanı inkar edənlərin başa düşə bilmədiyi və rədd etdikləri mövzulardan biridir. Nuh Tufanının varlığını inkar edənlər bu iddialarına dəlil olaraq dünya miqyasında tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu söyləyirlər. Bunu nəzərə alaraq belə bir hadisəni təsdiqləyən Quranın Allah sözü olmadığını iddia edirlər.
Halbuki bu iddia Allahın endirdiyi və təhrif edilməmiş yeganə müqəddəs kitab olan Quran-i Kərimlə üst-üstə düşmür. Çünki Quranda təsvir edilən Tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə rast gəlinən Tufan izahatlarından çox fərqlidir.
Təhrif edilmiş Tövratda bu tufanın bütün dünyanı əhatə etdiyi yazılır. Halbuki Quranda Tufanın bütün dünyanı əhatə etməsi ilə bağlı ifadə yoxdur. Əksinə mövzu ilə bağlı ayələrdən Tufanın lokal olduğu, bütün dünyanı əhatə etmədiyi və ancaq Hz. Nuhu yalanlayan qövmün cəzalandırıldığı aydın olur. Oxumağa davam et →
Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.
Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.
Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. Oxumağa davam et →