Dünyada rəngi, dili, inancları müxtəlif olan bir çox insan cəmiyyəti var. Din əxlaqı ilə yaşamayan ölkələrdə əsrlərdir ki, düşmənçiliyə səbəb olmuşdur. Bu cür fərqlərə malik xalqların əsla birlikdə sülh şəraitində yaşamayacağına və aralarında həmişə iğtişaş olacağına dair insanlar arasında geniş yayılmış fikir vardır. Halbuki bu, çox böyük aldanışdır. Oxumağa davam et
kitab ehli
Peyğəmbərimizin (səv) dövründə Kitab əhli
Peyğəmbərimizin (səv) Kitab əhli ilə münasibətlərinə baxdıqda onun İslamın yayıldığı ilk illərdə xristianlarla əlaqə qurduğunu anlayırıq. Müsəlmanlar Məkkədə müşriklər tərəfindən zülmə məruz qalarkən Peyğəmbərimiz (səv) onlara xristianların yaşadığı Həbəşistana hicrət etməyi demişdir. Bu ölkənin xristian hökmdarı Nəcaşi isə ölkəsinə hicrət edən müsəlmanları qəbul etmiş və çəkdikləri zülmdən onları qorumuşdur.
Quranda da hz. İsanın (əs) yanındakı həvarilər Allaha və Elçisinə bağlılıqları ilə müsəlmanlara nümunə göstərilmişdir. İlk müsəlmanlar ilə ilk xristianlar arasında böyük bənzərliklər var. Oxumağa davam et
Müsəlman dünyasının sülhə qovuşmasının yeganə həlli: Quran müsəlmanlığı
Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var
Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et
Əhli-kitab müsəlmanlar və kitab əhli dəccaliyyətə qarşı bir-birlərinin müttəfiqidir
Şübhəsiz ki, dünyanın sülhə, dostluğa və qardaşlığa bəlkə də ən çox ehtiyacı olduğu dövrlərdən birində yaşayırıq. XX əsrə damğasını vuran qarşıdurma və müharibələr XXI əsrdə də davam edir, dünyanın hər tərəfində məsum insanlar bu müharibələrdə böyük maddi və mənəvi itkiyə məruz qalırlar. Ancaq bəzi kütlələr israrla müsəlmanlar və kitab əhli arasındakı qarşıdurmanı körükləməyə çalışırlar. Halbuki, açıq-aşkar görünür ki, bu kütlələrin körüklədiyi sivilizasiya mübarizəsi bütün bəşəriyyəti böyük fəlakətə apara bilər. Bu fəlakətin qarşısının alınmasının ən əsas yollarından biri müsəlmanlar və kitab əhli arasındakı qardaşlıq və əməkdaşlığın gücləndirilməsidir. Oxumağa davam et