Hz. Mehdinin Çıxış Əlamətlərindən: Dünyanı Xaosun, Hərc-mərcliyin Bürüməsi

“Dünya hərc-mərclik içində olduğunda, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri digərlərinə hücum etdiyində, böyüklər kiçiyə mərhəmət etmədikdə və yaşlılara təmkinli davranmadığında Allah, bu zaman onlarda ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.” (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman)

Hədisdə konkret bir yer təsvir edilməmiş və qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilmişdir. Həqiqətən də hədisin təsvir etdiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıqlar, müharibələr, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır və sürgün edilir.

Hz. Mehdinin Çıxış Əlamətlərinin Ardıcıl Meydana Gəlməsi

Hz. Mehdinin (ə) çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin “təsbeh dənələrinin” düzülüşü kimi, ardıcıl şəkildə meydana gələcəyi ifadə edilir. Həqiqətən də bu əlamətlər bir-birinin ardınca və Peyğəmbərimizin (s) bildirdiyi şəkildə meydana gəlməkdədir. Hədislərdə ifadə edildiyi kimi dünyanın dörd bir tərəfində xaos və anarxiya artır, ardıcıl şəkildə fitnələr meydana gəlir, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklərlə üzləşirlər. Bütün bu əlamətlərin ardıcıl şəkildə və müəyyən bir dövr ərzində reallaşması, müsəlmanların əsrlərdir zühurunu gözlədikləri mübarək şəxsin gəldiyinin göstəriciləridir.

Oxumağa davam et