Başqalarına Nəsihət Verib Özünü Unutma!

«Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?» («Bə­qə­rə» su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li bir in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət bir hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə bir də­lil ki­mi  çı­xar.

Baş­qa­sı­nın səh­vi­ni üzə çı­xa­ra bi­lən bir in­sa­nın Oxumağa davam et

Kosmosdakı Böyüklük Anlayışı

Kainatda saysız-hesabsız sistem işləyir. Allah biz bilmədən belə, məsələn, kitab oxuyarkən, yeriyərkən, yatarkən bütün bu sistemləri nəzarətdə saxlayır. Allah insanların Öz hüdudsuz gücünü qavramaları üçün kainatdakı nizamı saysız-hesabsız incəliklə birlikdə yaratmışdır. Allah Quranda insanlara xitab edir, kaianatdakı nizamın yaradılış səbəbini “Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə” (Talaq surəsi, 12) şəklində ifadə edir. Bu nizamda elə incəliklər var ki, insan düşünməyə haradan başlayacağına çaşır.

Məsələn, kosmosun ucsuz-bucaqsız olduğundan Oxumağa davam et

Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) Oxumağa davam et