Bolşevik Vəhşiliyin Tarixi

20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmayan və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.

20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiya köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan vermişdir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalar mövcud olmuşdur. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.

Kommunizm bu “izm”lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.

İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq… Oxumağa davam et

Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi

Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir. Oxumağa davam et

Kommunizm – Ölüm Quyusu

Kommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız “kommunizm” deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həlak olmuşdur. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilən, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır. Oxumağa davam et