Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Oxumağa davam et

Kommunizm nə üçün bəşəriyyət üçün böyük təhlükədir ?

kommunizmDünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar başlarına gələcək şeyləri dərk etmədən kommunizm adlı təhlükənin müasir dövrdə olmadığını deyərək yanılırlar. Kommunizmin XX əsrin fəlakəti olduğunu, o dövrdə hakim olub süqut etdiyini və artıq bu təhlükənin keçdiyini zənn edirlər. Bu fikrə o qədər inanıblar ki, nə başlarına gələcək təhlükədən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, “Kommunizm təhlükəsi yoxdur”, – deyərək həm ətrafdakı insanları laqeydliyə sürükləyir, həm də özləri bu bəlanın içinə düşürlər. Bu yanaşma tərzi ilə kommunist ideologiyanın asanlıqla güclənməsinə, kök salaraq yayılmasına imkan verirlər. Çünki insanlar: “Artıq kommunist təhlükə yoxdur”, – deyərək rahatladıqda və bu bəlaya qarşı heç bir tədbir almadıqda kommunizm güclənib yayılır. Oxumağa davam et

Dəccaliyyət Haqqı Batil, Batili Haqq Göstərərək İnsanları Aldadır

Kommunizmin, İctimai Ədalət və Qardaşlıq anlayışlarından istifadə etməsi yanlış fikirdir.

Hədislərdə xəbər verildiyi kimi, axır zamanda ortaya çıxan dəccal, hər cür pisliyin, qarışıqlığın, hərc-mərcliyin və fitnənin yayılmasında fəaliyyət göstərən, insanların çətinliklərinin qaynağı olacaq. Dəccalın fitnəsi hədisdə belə bildirilib:

Allah, Hz. Adəmi yaratdığı gündən bu günə qədər dəccalın fitnəsi qədər böyük fitnə olmamışdı. Oxumağa davam et

Kommunist Separatçi Terrorun Qaynaği Darvinizmdir

Darvinizm separatçı terrorun qidasıdır. Bunun üçün Darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır.

Bunu izah etməyin yolu isə, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Darvinizmin yalanlarına görə, həyat mübarizə və döyüş yeridir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə döyüşmək lazımdır. İnsanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu və inkişafın döyüşməklə mümkün olduğunu iddia edən kommunizm və faşizm, Darvinizmin bu əsassız iddialarına əsaslanmışdır. Oxumağa davam et

Bolşevik Vəhşiliyin Tarixi

20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmayan və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.

20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiya köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan vermişdir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalar mövcud olmuşdur. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.

Kommunizm bu “izm”lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.

İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq… Oxumağa davam et

Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi

Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir. Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et