Ləzzət və Gözəlliyin Mənbəyi: Molekullar

Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.

Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də Oxumağa davam et

Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət

Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.

Oxumağa davam et