Yaradılış Dəlilləri

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? Oxumağa davam et

Din Elmə və Düşünməyə Təkan Verir

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yer kürəsinin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağıl və vicdanından istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” («Ali-Imran» surəsi, 191).

Bu səbəbdən Oxumağa davam et

Dərin Düşünmək

Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açır, nəfəs alır, yerinizdə çevrilir, qalxır və yeriyir, yemək yeyir, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra bayıra çıxır və ya pəncərədən bayıra baxır və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidir, yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini, eləcə də küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz. Oxumağa davam et