Müsəlman dünyasının sülhə qovuşmasının yeganə həlli: Quran müsəlmanlığı

Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var3196290-buse

Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et

İslam Və Keyfiyyət

0_2c64d_cd4a1e01_XLİslamda keyfiyyət çox həyati məsələdir. Dövrümüzdə bir çox İslam ölkəsində sevgidən, tolerantlıqdan, incəsənətdən, gözəllik və estetikadan uzaq həyat tərzi hakimdir. Bu vəziyyət Allah`ın Quranda bizə tərif etdiyi gözəl, təmiz həyat tərzinə tamamilə zidd olmasına baxmayaraq, yenə də bu xalqlar tərəfindən doğru qəbul edilir. Halbuki, keyfiyyətsiz, estetikadan uzaq həyat tərzi müsəlmana əsla yaraşmaz. Oxumağa davam et

Hz. Mehdinin Çıxış Əlamətlərindən: Dünyanı Xaosun, Hərc-mərcliyin Bürüməsi

“Dünya hərc-mərclik içində olduğunda, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri digərlərinə hücum etdiyində, böyüklər kiçiyə mərhəmət etmədikdə və yaşlılara təmkinli davranmadığında Allah, bu zaman onlarda ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.” (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman)

Hədisdə konkret bir yer təsvir edilməmiş və qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilmişdir. Həqiqətən də hədisin təsvir etdiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıqlar, müharibələr, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır və sürgün edilir.