Soyğunçuluq hadisələri əxlaqi çöküntünün miqyasını göstərir

static.squarespace.comSon yüz ildir bütün dünyanı əhatə edən böyük bir xəstəlik var. Bu xəstəliyin adı sevgisizlikdir! Materialist təlimlərin insanlara təlqin edilməsi nəticəsində bu xəstəlik cəmiyyətin hər təbəqəsində yayılıb. Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir. Xüsusilə son aylarda baş verən soyğunçuluq hadisələri əxlaqi çöküntünün nə qədər böyük olduğunu göstərir. Dünyada insanlar öz ölkələrindəki siyasi vəziyyəti və idarəetmə formalarını tənqid etmək və hüquqlarını müdafiə etmək məqsədi ilə qanuni və ya qeyri-qanuni etiraz aksiyaları və nümayişlər təşkil edir. Lakin nümayişlər zamanı baş verən soyğunçuluq hadisələri bütün insanlığı utandırır. Oxumağa davam et

Islamı sevdirmək üçün Qurana uyğun təbliğ edilməlidir

Müsəlman təbliğ edərkən Qurana uyğun hərəkət etməlidir KuranRuh4

Qurana və Rəsulullahın (s.ə.v) sünnəsinə əsasən, müsəlman din əxlaqını təbliğ edərkən, öyüd-nəsihət verərkən, İslam əxlaqının yayılması üçün cəhd edərkən:

–       Gözəl söz söyləməlidir

Möminlər üçün danışmaq böyük ibadətdir. İman gətirənlər Allah`dan həmişə ağıl, hikmət və xeyirli danışmağı dua edib istəyərlər. Danışdıqda Rəbbimizi zikr edər, insanlara ən gözəl sözləri söyləyər, gözəl əxlaqı təbliğ edərlər:

… Yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” … (Bəqərə surəsi, 83) Oxumağa davam et