Modernizmin, Başqa İfadə İlə Materializmin Süqutu

Bu gün modernizm olaraq adlandırılan dövr, yuxarıda da qeyd etdiyimiz kimi Maarifçilik dövrü ilə başlayan müddətdir. Maarifçilik dövrü Qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin səhv olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq Maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncə təşkil edirdi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi. Oxumağa davam et

Antik Doqma: Materializm

Avropa qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı qəbul etmiş və bu Xristian mədəniyyəti “Maarifçilik Dövrü” deyilən dövrə qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra avropalı  mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi nəticəsi isə “din əleyhinə inqilab da hesab olunan Fransız İnqilabıdır.

Fransız İnqilabının fikri təməli Volter (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə Maarifçilik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal təbliğatı nəticəsində geniş şəkildə “dinsizləşmə” hərəkatı inkişaf etmiş və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri 14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən “inqilabçı ibadət” sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer (Robespierre) “inqilabçı ibadət”ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını raport halına gətirərək adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə “ağıl məbədi”nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə “ağıl tanrısı” adlandırılan qadın heykəli yerləşdirilmişdi. Fransız İnqilabı ərzində bir çox din adamı öldürülmüş, dini təşkilatlar yağmalanmış, məhv edilmişdir. Oxumağa davam et