Qüllə Və Zirvəsindəki Bağlı Otaq

Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.

Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.

Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək: Oxumağa davam et