Şüşənin Maye Olduğunu Bilirsinizmi?

Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə  sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.

Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır. Oxumağa davam et