Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et

Kommunizm və ya “Təkamül Nəzəriyyəsi”

Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:

Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyadacanlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasında reallaşdırmışdırHəm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıtmışlar. (1) Oxumağa davam et