Yaradılışla elm arasında hansı əlaqələr var?

75365751_18convspan-articlelaBura qədər nəzərdən keçirdiyimiz bütün suallarda ortaya qoyduğumuz kimi, təkamül nəzəriyyəsi elmi tapıntılara tamamilə zidd iddiadır. XIX əsrin bəsit elmi səviyyəsi içində ortaya atılan bu nəzəriyyə XX və XXI əsrlərdə ardıcıl elmi kəşflərlə əsassız edilmişdir.

Nəzəriyyəyə kor-koranə bağlanan təkamülçülər isə elmi əsasları qalmadığı üçün çarəni demaqoqluqda görürlər. Ən çox istifadə etdikləri demaqoq ifadə isə “yaradılış bir inancdır, elm mənasına gəlmir” şəklində şablon şüardır. İddialarına görə, təkamül elmi nəzəriyyə, yaradılış isə bir inancdan ibarətdir. Oxumağa davam et

İnsan Ağlının Təkamül Keçirdiyi İddiası Cəfəngiyyatdır

mutlu_aile_resimleri_6İnsanın digər canlılarla bioloji cəhətdən bənzərlikləri olsa da, sivilizasiya qurmuş bir varlıq kimi tayı-bərabəri yoxdur. Universitetlər, xəstəxanalar, fabriklər inşa etmiş, dövlətlər qurmuş, musiqilər bəstələmiş, olimpiadalar təşkil etmiş, kosmosa qalxmış insan bütün bunları ağlı ilə bacarmışdır. Təkamülçülər insanın ən yaxın qohumu qəbul etdikləri şimpanze ilə ayrıldıqdan sonra ağlının təkamül keçirdiyini iddia edirlər. Ağılın “təkamülü”ndə baş verən sıçrayışları isə beyində meydana gələn təsadüfi dəyişikliklərlə və alət düzəltmə bacarığının təkmilləşməsi ilə əlaqələndirirlər. Bu iddialarını sənədli televiziya filmlərində tez-tez göstərir və əvvəlcə daşdan bıçaq, sonra da mizraq düzəltməyi öyrənən fantastik meymun adamların hekayələrini danışırlar. Ancaq bu təbliğat əsassızdır. Oxumağa davam et

Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir

Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki,  təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı”“baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Oxumağa davam et

Allahın Kainatı Yaratmasının Elmi Sübutu: Big Bang

İn­san­lar yü­zil­lər­dir ki, «kai­nat ne­cə ya­ran­ıb?» sua­lı­na ca­vab ax­ta­rır­lar. Ta­rix bo­yun­ca bu­nun­la bağ­lı min­lər­lə mo­del ortaya atılıb. La­kin biraz araşdıranda bəl­li olur ki, bu nəzəriyyələrin ha­mı­sı tə­məl­də iki mo­del­dən bi­ri­nin üzə­rin­də qu­ru­lmuşdur. Bun­lar­dan bi­ri ar­tıq heç bir el­mi da­ya­ğı və əsa­sı qal­ma­yan «son­suz kai­nat», ikin­ci­si isə ha­zır­da bü­tün el­mi çev­rə­lər­də qə­bul olu­nan «bö­yük part­la­yış» mo­de­li­dir. Bi­rin­ci mo­del kai­na­tı­n baş­lan­ğı­cı və so­nunun ol­ma­dı­ğı­nı, ikin­ci­si isə ək­si­nə kainatın bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı və fasiləsiz olaraq ge­niş­lən­di­yi­ni nə­zər­də tu­tur. Ar­tıq etibarlılığını iti­ri­miş bi­rin­ci mo­del kai­na­tın hü­dud­suz, əzə­li və əbə­di ol­du­ğu­nu, hə­mi­şə də bu vəziyyətdə qa­la­ca­ğı­nı nə­zər­də tu­tur. Bu nə­zə­riy­yə Qədim Yu­na­nıs­tan­da ya­ran­mış, da­ha son­ra Av­ro­pa İn­ti­ba­hı dövründə ye­ni­dən gün­də­mə gəl­miş ma­te­ria­list fəl­sə­fə­nin əsa­sın­da qurulmuşdu. Əs­lin­də İn­ti­bah elə qədim yu­nan fi­lo­sof­la­rı­nı araşdırmaq məqsədi güdürdü. Be­lə­cə, ma­te­ria­list fəl­sə­fə və onun dəs­tək­lə­di­yi son­suz kai­nat an­la­yı­şı fəl­sə­fə və ideo­lo­gi­ya­nın toz­lu rəf­lə­rin­dən çı­xa­rı­la­raq, el­mi ger­çək ki­mi in­san­la­ra təq­dim olun­du.

Karl Marks, Frid­rix En­gels ki­mi ma­te­ria­list fi­lo­sof­lar öz fi­kir­lə­ri­ni məhz bu zə­min­də for­ma­laş­dı­rmışdılar və bu sə­bəb­dən də «son­suz kai­nat» ide­ya­sı XX əs­rə gə­lib çıx­mış­dı. Ötən əs­rin ilk ya­rı­sı­na qə­dər gün­dəm­də olan bu mo­de­lə gö­rə kai­nat yox­dan var edil­mə­yib və heç vaxt da yox ol­ma­ya­caq. Gu­ya kai­na­tın sabit (sta­tik) qu­ru­lu­şu var. Hal­bu­ki, el­min in­ki­şa­fı nə­ti­cə­sin­də əl­də edilən nailiyyətlər bu nə­zə­riy­yə­nin tamamilə susdurdu. Bəl­li ol­du ki, kai­nat son­suz de­yil – kainatın başlanğıcı və sonu vardı. Oxumağa davam et

Biogenez: Həyat Həyatdan Gəlir

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər  isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenez” deyilir.

İkinci fikir isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenez” adlanır.

Maraqlıdır ki, “abiogenez” fikri materialist fəlsəfə ilə, “biogenez” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim törədiklərinə inanmışlar.

Bunun əksinə, Oxumağa davam et

Kainata Xaos Hakimdir, Yoxsa Nizam?

Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.

Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.

Əslində isə aparılan hər yeni araşdırma, Oxumağa davam et

Kainat Necə Yaranıb?

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

Sonsuz kainat modelinin səhv olduğunu görən Oxumağa davam et

Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir

“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn

Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində Oxumağa davam et

Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 1

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 5

MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI

Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1)

Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (2)

Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (3) Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. Oxumağa davam et