Kainatın Yoxdan Yaradılışı

Kainatın yaradılışı bir əsr əvvəl astronomların böyük əksəriyyətinin barmaqarası yanaşdığı məfhum idi. Bunun səbəbi isə o idi ki, 19-cu əsrdə elm kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə edirdi. Kainatı tədqiq edən elm adamlarının çoxu onun sonsuzluqdan bəri mövcud olan maddələr yığını olduğunu zənn edir və kainatın yaradıldığını, yəni başlanğıcı olduğunu ağıllarına belə gətirmirdilər.

“Sonsuzluqdan bəri mövcud olan kainat” fikri qərbdə elm sahəsinə materialist fəlsəfə ilə birlikdə gəlmişdi. Qədim Yunanıstanda meydana gələn bu fəlsəfə maddədən başqa nəsnənin olmadığını iddia edir və kainatın sonsuzluqdan bəri mövcud olub əbədiyyən mövcud olacağını irəli sürürdü. Əslində, materializm kilsənin hakim olduğu dövrdə aradan qaldırılmışdı. Ancaq intibah dövründən sonra qərbli elm adamlarının və mütəfəkkirlərin yenidən qədim yunan mənbələrinə müraciət etmələri ilə materializm də qəbul edilməyə başlandı.

Oxumağa davam et

Materializmin Elmi Süqutu

  • Yaşadığımız ucsuz-bucaqsız kainat necə var olub?
  • Bu kainatdakı müvazinət, ahəng və nizam necə meydana gəlib?
  • Yaşadığımız Yer kürəsi bizim həyatımız üçün necə bu qədər uyğun sığınacaq olub?

Məhz bu suallar tarixin başlanğıcından etibarən insanların diqqətini çəkib. Bu sualları ağılla təhlil edən elm adamları və mütəfəkkirlər daima bu nəticəyə gəliblər: kainatdakı bu nizam bütün kainata hakim olan üstün bir Yaradanın – Allahın varlığının dəlillərindən biridir.

Ağıl, vicdan və dəlillərlə gəldiyimiz bu nəticə tamamilə doğrudur. Allah 14 əsr əvvəl Peyğəmbərimizə (səv) vəhy etdiyi insanlara yolgöstərən Quranda bu həqiqəti bildirir. Allah Quranda kainatı yoxdan yaratdığını və müəyyən məqsəd üçün nizamladığını, kainatdakı bütün sistemi və müvazinətləri insan həyatı üçün var etdiyini xəbər verir.

Allah ayələrində insanı bu mühüm həqiqət üzərində düşünməyə belə çağırır:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib düzəltdi. (Naziat surəsi, 27-30)

Oxumağa davam et