Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər

Alhambra.transformed

Hər bir mədəniyyət müəyyən aspektləri ilə tarixə düşüb, hər biri ardında fərqli izlər buraxıb. Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

Qərb tarixçilərinin qaranlıq dövr kimi səciyyələndirdiyi orta əsrin parıldayan ulduzu Əndəlus Avropa mədəniyyətinin formalaşmasında aparıcı rol oynayıb. Şəhər yenilik, mədəniyyət və sivilizasiya anlayışlarının zirvəyə çatdığı əsas mərkəz idi. Avropa günəşin batması ilə qaranlığa qərq olarkən Əndəlusə bağlı Kordova küçələri 24 saat lampalarla işıqlandırılırdı. Avropa çirk və palçıq içində olarkən, Kordovanın dörd tərəfi səki ilə örtülmüşdü və mindən çox hamamı var idi. Oxumağa davam et

Radikalizm Təhlükəsi

nhung-to-chuc-khung-bo-khien-ca-the-gioi-quot-di-234-n-dao-quot-_10_635146866233342167Radikalizm dedikdə hər hansı bir sərt, inqilabi və köklü dəyişiklikləri müdafiə etmək və bunun üçün sərt siyasət tətbiq etmək başa düşülür. Radikallar inqilabi dəyişikliklərə can atan və bunun üçün sərt, bəzən hətta təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınır.

Hər məsələdə olduğu kimi, bu mövzuda da müsəlmanın ölçüsü Quran olmalıdır. Qurana baxdıqda isə radikalizm adlanan üslubun Allah tərəfindən möminlərə əmr edilən üsluba heç uyğun olmadığını görürük. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, əleyhlərinə olan insanlara qarşı da dost kimi yanaşmağı tərif edir. Oxumağa davam et

Neandertallar: anatomiyaları və mədəniyyəti

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Həqiqətə qarşı əks-təbliğat  

Fosil tapıntıları  Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Oxumağa davam et