İslam Torpaqlarında Baş Verənlər Axırzaman Əlamətidir

Axırzaman… Bu anlayış bir çox insana tanış olmaya bilər. Bu səbəbdən, əvvəlcə bu anlayışı qısa şəkildə açıqlayaq. Axırzaman son dövr mənasını verir və İslam qaynaqlarına görə, qiyamətə yaxın bir zamanda Quran əxlaqının bütün dünyaya hakim olduğu dövrü ifadə edir. Bu dövrdə insanların rahat şəkildə  yaşamaları üçün hər cür şərait mövcud olacaq. Əvvəlki dövrlərdəki çətinliklərin yerini bolluq, bərəkət və ədalət tutacaq. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiya ortadan qalxacaq. Bu dövr bütün inanan insanların əsrlərlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs dövr olacaq. Oxumağa davam et