Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir

imagesMöminlərlə zəif imanlı insanların duaları arasındakı fərq nədir?

İnsan dua edərkən nəyə diqqət etməlidir?

“Birdən olsa” məntiqi ilə dua etmək nə üçün böyük qəflətdir?

Bəzi insanlar vərdiş kimi, xüsusilə də çətin vəziyyətlərdə dərhal Allah’a dua edirlər. Ancaq bu insanların duası möminlərin duasından çox fərqlidir. Çünki bu insanlar ancaq çətinlik anlarında Allah’a möhtac olduqlarını xatırlayır və o an sıxıntıdan xilas olmaq üçün uca Allah’a üz tutaraq dua edirlər. Halbuki, insanın həyatında Allah’a möhtac olmadığı bircə an da yoxdur. İman zəifliyi olan insanlarla möminlərin dualarındakı fərq burada üzə çıxır.

Möminlər həmişə və hər vəziyyətdə Allah’a üz tuturlar. Dua etmək üçün özlərinə sıxıntı gəlməsini gözləmirlər. Oxumağa davam et

Münafiqlər

İn­san di­nə ya­xın­la­şar­kən «Bu işin için­də ne­cə bir mən­fə­ət əl­də edə bi­lə­rəm?» ki­mi az­dı­rı­cı mən­tiq­lə de­yil, «Al­la­ha ne­cə iba­dət edə bi­lə­rəm, Ona necə ita­ət edib razılığını qa­za­na bi­lə­rəm?» mən­ti­qi­ni dü­şün­mə­li­dir. Buna zidd olan dav­ra­nış isə sə­mi­miy­yət­siz­lik olar. Qu­ran  bu cür dav­ra­nış­la­rı mə­nim­sə­yən­lə­ri «mü­na­fiq» ola­raq ta­nıt­mış­dır. Bun­lar bir sıra mən­fə­ət­lə­ri naminə din­dar görü­nən, qeyri-sə­mi­mi, iki­üz­lü in­san­lar­dır və Al­la­hın qə­zə­bi­nə ən çox uğ­ra­yan, cə­hən­nə­min ən alt tə­bə­qə­si­nə atı­la­caq olan­lar da on­lar­dır. Qu­ran­da bu in­san­la­rın və­ziy­yə­ti be­lə bil­di­ri­lir:

«On­lar: «Al­la­ha, Pey­ğəm­bə­rə iman gə­tir­dik, ita­ət et­dik!» – de­yər, bun­dan son­ra isə on­lar­dan bir dəs­tə üz çe­vi­rər. Be­lə­lə­ri mö­min de­yil­lər. Ara­la­rın­da hökm et­mək üçün Al­la­hın və Pey­ğəm­bə­rin ya­nı­na ça­ğı­rıl­dıq­da on­lar­dan bir dəs­tə dər­hal üz çe­vi­rər. Əgər haqq on­la­rın tə­rə­fin­də ol­sa, ita­ət edib onun ya­nı­na gə­lər­lər» («Ni­sa» su­rə­si, 47-49).

Gö­rün­dü­yü ki­mi, Oxumağa davam et