Əslində böyük partlayışın sürəti, kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Böyük partlayışdan sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən “ölçülər” ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir. Oxumağa davam et
Michael Denton
Kainatdakı təməl qüvvələr
Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar. Oxumağa davam et
Atmosfer və nəfəs
Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. Oxumağa davam et
İfrat yeni ulduz partlayışları
“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”.
(Amerikalı elmi yazıçı Quy Murçie (Guy Murchie))(1)
1054-cü ilin 4 iyul gecəsi, Çin imperiyasının astronomları, səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. Oxumağa davam et
Yer kürəsinin kosmosdakı yeri mükəmməl yaradılışın olduğunu göstərir
Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.
Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində yer kürəsinin tarazlığını təmin edir. Oxumağa davam et
Atmosferin həyat üçün ideal uyğunluğu
Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.
İşıq-atmosfer uyğunluğu
Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.
Əgər atmosfer, bu şüaları keçirəcək quruluşa sahib olmasaydı, əlbəttə ki, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz, bu faydalı şüaların keçməsinə imkan verən özünəməxsus quruluşa malikdir.