Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

1232788848_qurbagaBəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər… Oxumağa davam et

Meymun və insan geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

insan geniBir çox təkamülçü mənbədə insanla meymun geninin  99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99 % oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99 % oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99 % oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə ediləli və nəticə olmalıdır. Oxumağa davam et