Müharibə ehtirası hər kəsə zərər verir

maxresdefault

20-ci əsr qarşısı asanlıqla alına biləcək səbəblərlə başlayan iki böyük dünya müharibəsinə səhnə olmuşdur. Bunlardan biri I Dünya Müharibəsinin fitilini alovlandıran Avstriya-Macarıstan vəliəhdi hersoq Ferdinandın Sarayevoda serb millətçisi tərəfindən öldürülməsi idi. 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsindən sonra cəmi 7 gün ərzində Rusiya, Fransa, İngiltərə, Almaniya, Avstriya-Macarıstanla birlikdə koloniya və müttəfiqləri bütünlüklə müharibəyə daxil oldu. 3 ay ərzində də Osmanlı dövlətinin daxil olması ilə üç qitəyə yayılan dünya müharibəsi başladı. Müharibə 4 il davam etdi. 1918-ci ildə sülh elan edildikdə isə ümumi insan tələfatı 15 milyon oldu.

II Dünya Müharibəsi də 1 sentyabr 1939-cu ildə Almaniya və Sovet İttifaqının Polşanı işğal etməsi ilə başladı. İngiltərə və Fransanın müharibəyə daxil olması cəmi 3 gün çəkdi. İngiltərə özü ilə birlikdə Kanadadan Avstraliyaya İngilis Millətlər Birliyinin üzvlərini müharibəyə çəkdi. 6 ay ərzində əvvəlcə İtaliya, sonra da Yaponiya müharibənin iştirakçısı oldu. 6 il ərzində 85 milyon insanın həyatını itirməsinə səbəb olacaq bu müharibə bir neçə ay ərzində əvvəlcə Avropanı, sonra da dünyanı yanğın yerinə çevirdi. Oxumağa davam et