Divarların arxasında həbs olunmaq

escape-from-new-yorkCon Karpenterin “Nyu-Yorkdan Qaçış” (Escape from New York) filmi 1981-ci ildə ekranlara çıxanda böyük səs gətirmişdi. Film Manhetten adasında 15 metr hündürlüyündə hasarlarla çevrilən qaranlıq gələcəkdə baş verirdi. Divarlar arxasına həbs olunmuş insanların həyat mübarizəsi tamaşaçılarda qorxu və dəhşət yaratmışdı. Adadan kənardakı insanlar rahat yaşayarkən içindəkilər aclığa, səfalətə və ölümə məhkum edilmişdi. Divarlar isə bu çarəsizlikdən qaçışın olmadığını təmsil edirdi.

Açıq hava həbsxanaları 1980-ci illərin insanları üçün qorxunc bir gələcəyin xəbərçisi idi . Bunlar ancaq qorxu filmlərində yer alan qaranlıq gələcəkdə baş verəcək utopik cəzalar idi. Lakin divarlar təkcə 35 il ərzində dünyanın hər tərəfində sanki gündəlik həyatın bir parçası halına gəldi. Bu gün 65 ölkədə insanlar hündür divarlarla bir-birindən ayrılmış vəziyyətdədir. Karpenterin xəyali divarları ilə 2017-ci ilin həqiqi divarları arasında mühüm fərq var. 21-ci əsrin insanları divarların arxasına günahkarların əvəzinə əsasən günahsızları qoyur. 2017-ci ilin divarları məhkumlar üçün cəza üsulu olmaqdan çıxıb. İnsanların eybəcərliklərlə üzləşməsinə mane olan mərkəzlər halına gəlib. Oxumağa davam et

Qərb ölkələri miqrantları niyə qəbul etmək istəmir?

 

Suriyadakı vətəndaş müharibəsindən qaçan milyonlarla insan həyatlarını xilas etmək üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar.

Məlum olduğu kimi, Türkiyə ən çox – təqribən 2,4 milyon qaçqını ölkəsində himayə edir. Türkiyə qaçqınlara sahib çıxıb, onları sanki öz evlərindəki kimi qonaq edir.

Qərb dünyasının miqrantlar məsələsindəki mövqeyi isə Türkiyədən çox fərqlidir. Avropa və Amerika sanki miqrantları görmür. Öldürülməkdən qaçan bu biçarə insanları köməksiz qoyub onlara qapılarını bağlamağa çalışır. Mərhəmətin və ədalətin beşiyi olduğunu iddia edən Avropanın miqrantlara qarşı etdikləri vicdanları sızlatmağa davam edir.

Görünüşdə təhlükəsizlik, iqtisadi səbəblər, işsizlik problemi kimi arqumentlər irəli sürülsə də, Qərbin miqrantları qəbul etmək istəməməsinin ən mühüm səbəblərindən biri də getdikcə artan müsəlman əleyhdarlığıdır. Belə ki, bu əleyhdarlıq artıq yüksək səslə dilə gətirilir. Oxumağa davam et

Miqrantlar Paris hücumlarının cavabdehi yox, zərərçəkənidir

greece-migrantsAvropa sahillərinə çatmağa çalışarkən Egey və Aralıq dənizində boğulur, körpə, qadın, kişi cəsədləri sahilə vurur. Hətta bəzən qayıqları qəsdən batırılır və dənizdə ölümə tərk edilirlər.

Yaxud da səyahət etdikləri yük maşınlarında havasızlıqdan can verirlər.

Mədəniyyətin mərkəzi olaraq qəbul edilən torpaqlarda uşaq və qadın ayırd etmədən gözyaşardıcı qaz və təzyiqli su ilə qarşılanır, dəyənəklə döyülürlər.

İnsan hüquqları və qanunun aliliyi dəyərləri üzərində qurulan Avropa İttifaqında dəmir qəfəslərə salınaraq insanlıqdan kənar rəftara məruz qalırlar.

Bütün bu zülmlər azmış kimi, indi də bəzi dairələr tərəfindən Paris hücumlarının səbəbkarı kimi göstərilirlər.

Onlar demək olar ki, hər gün faciələrini mediadan izlədiyimiz miqrantlardır. Əslində ancaq bir məqsədləri var: bomba, terror və müharibəyə görə yaşanmaz hala gələn vətənlərindən qaçırlar. Ailələri ilə birlikdə əmin-amanlıq, təhlükəsizlik və rifah içində yaşaya biləcəkləri ölkələrə getməyə çalışırlar. Oxumağa davam et

Miqrantlara qucaq açmaq

refugees-hungary-p_3432984kSon 5 il ərzində dünya miqyasında miqrant problemi geniş vüsət aldı. Bunun çoxu da Türkiyənin yaxınlığında Ərəb Baharı ilə birlikdə baş verən xalq hərəkatlarına verilən sərt cavablardan sonra baş verdi. Yəmən, Liviya, İraq, Əfqanıstan, Eritreya və Suriyadakı vətəndaş müharibələri nəticəsində milyonlarla insan evlərini, yurdlarını, ailələrini, dostlarını, mallarını, mülklərini geridə qoyub xarici ölkələrə sığınmaq məcburiyyətində qaldı.

Aralarında kiçik uşaqlar, hətta südəmər körpələr, qadınlar və qocalar olan bu məzlum insanların bəziləri soyuq havaya, yağışa və palçığa baxmayaraq, həyatını xilas etmək üçün arxasına baxmadan qaçdı. Bəzisi heç bir əşya götürmədən, təkcə üzərindəki geyimlə köhnə gəmilərə, katerlərə minərək qeyri-müəyyənə doğru səfərə çıxdı. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) hesabatına görə, dünyadakı ümumi miqrant sayı 2014-ci ilin sonuna olan rəqəmlərə görə, 60 milyona çatıb. [i]

Doğma vətənlərini, böyüyüb boya-başa çatdıqları torpaqları və öyrəşdikləri hər şeyi geridə qoyaraq tamamilə başqa torpaqlara köç etmək məcburiyyətində qalmış 60 milyon insan… Oxumağa davam et