Modernizmin, Başqa İfadə İlə Materializmin Süqutu

Bu gün modernizm olaraq adlandırılan dövr, yuxarıda da qeyd etdiyimiz kimi Maarifçilik dövrü ilə başlayan müddətdir. Maarifçilik dövrü Qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin səhv olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq Maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncə təşkil edirdi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi. Oxumağa davam et

Postmodernizmin Səbəb Olduğu Xaos Ancaq Quran Əxlaqı İlə Aradan Qaldırıla Bilər

Postmodernizm axır vaxtlarda bəlkə də ən çox müzakirə edilən, haqqında çox bəhs edilən bir nəzəriyyədir. Hər nə qədər mütəfəkkirlər bu nəzəriyyə haqqında hələ də həmfikir olmasalar da ümumi olaraq postmodernizmi, “modernizmdən sonra, modernizmə qarşı çıxan hərəkət” şəklində qiymətləndirə bilərik.

Postmodernizmin incəsənət, fəlsəfə və bu kimi digər elmi sahələrlə əlaqədar necə bir fikir ortaya qoyduğu çox müzakirə edilir. Ancaq əsas olan, bu fikir necə bir cəmiyyət quruluşu nəzərdə tutur, sualına veriləcək cavabdır. Bunu görmək üçün müasir dövrdə insanların içində yaşadığı xaosu, qarışıqlığı xatırlamaq kifayət edəcək. Bu gün dünyada Oxumağa davam et