Discovery Science TV kanalında həyatın başlanğıcı hekayələri

discovery_channel_science_channel_logo_42730_1920x1080Discovery Science TV kanalında təbii molekulların mənbəyi kimi kosmos göstərilərkən həyatın mənbəyinin da başqa planetlər olduğu güman edilən iddiaya yer verildi. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat demək olmadığının üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan kənar olan təkamül fərziyyəsinə dair leyhdə dəyişdirilmiş daha bir problemi göstərəcəyik.

Kosmosda karbohidrata oxşayan kimyəvi maddələrin tapılması nə deməkdir?

Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gəldiyi yüksək enerjiyə sahib xüsusi mühitdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxırlar. Təkamülçülər “həyat kosmosdan gəlib” iddiasına əsas olaraq bu faktı istifadə edirlər. Oxumağa davam et

Bitkilər də hesablama aparır

indexKələmçiçəyikimilər fəsiləsindən olan, tez-tez rast gəlinən arabidopsis bitkisi üzərində tədqiqat aparmış ingilis elm adamları  30 sm-ə qədər böyüyə bilən, ağ çiçəkli bu bitkinin yarpaqlarındakı kimyəvi mexanizmlər vasitəsilə gecə sərf etdiyi qida miqdarını hesabladığını aşkar ediblər. Bitkilər aləmində bu qədər qabaqcıl hesablama nümunəsinə rast gəlməyin çox təəccüblü olduğuna diqqət çəkən “John Innes” Mərkəzinin tədqiqatçıları günəş şüalarının köməyi ilə karbonu nişasta və digər yüksək enerjili karbohidratlara çevirən bitkinin hər gecə günəş doğana qədər lazımi qədər qida ehtiyatları olub-olmadığını hesabladığını deyirlər. Oxumağa davam et

Nə Üçün DNT Təsadüflə Açıqlana Bilməz?

Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər0b8979a795 qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduğunu göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bilib.

Bu hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Frensis Kolinsin (Francis Collins) “İnsanın istifadə kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi, DNT-nin sirlərin açılmasında hələ başlanğıc mərhələdir. Oxumağa davam et

Möhtəşəm Yaradılış Möcüzəsi: DNT

mate-dna-dnk-medical-genes-photos-pictures-555395Mikroskopik hüceyrənin içindəki DNT özündə dünyanın ən böyük ensiklopediyasından 40 dəfə çox məlumat daşıyır.
Bəs bu 1000 cildlik kitabxana gözlə görə bilmədiyimiz bir molekulun içinə necə sığır?

1000 kitablıq məlumat necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir?

Təxminən 100 trilyon hüceyrəmiz var. Bu hüceyrələrin hər birində bir DNT molekulu var. Bu molekullardan yalnız birinin içində 3 milyard müxtəlif məlumat var. Bu məlumatlar 1 milyon səhifəlik kitaba bərabərdir. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana düzsək, uzunluğu şimal qütbündən ekvatora qədər çatar. Oxumağa davam et

Hüceyrədəki bənzərsiz hasilat: zülal sintezi

imagesCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Oxumağa davam et

Molekulların Hiss Edilməyən Bombardmanı

Bədənimiz və bütün kainat molekullardan meydana gəlmişdir. Bu molekullar çox böyük sürətlə hərəkət edirl Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi  molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardmanın bizə  ağrı verməsi lazımdır. Çünki aparılan hesablamalar molekulların məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent bir qüvvə yarandığını göstərir. Halbuki, biz heç bir şey hiss etmədən gündəlik həyatımıza rahatlıqla davam edirik. Hətta ətrafımızda  yaranan molekulların bu sürətli hərəkətlərindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır. Oxumağa davam et