Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız?

Quran ayə­lə­ri­nə bax­dı­ğı­mız za­man mö­min üçün boş vaxt an­la­yı­şı­nın ol­ma­dı­ğı­nı gö­rü­rük. Mö­mi­nin hər gün vaxt­lı-vax­tın­da ye­ri­nə ye­tir­əcəyi iba­dət­lərin çox vaxtını aparmaması, qa­lan vaxtı­nı öz is­tək və hə­vəs­lə­ri­nə uyğun boş iş­lərə sərf edə bilər mənasını vermir. Al­lah iman gə­ti­rən­lə­rin üzə­ri­nə bü­tün hə­yat­la­rı bo­yu həm öz nəfs­lə­ri ilə, həm də in­kar edən­lə­rin əx­la­qı­na qar­şı fiki­r mü­ba­ri­zəsi apar­maq və­zi­fə­si qo­yub.

Bu­nun üçün mö­mi­nin ye­ri­nə ye­tir­mə­li ol­du­ğu bir çox ha­zır­lıq­lar, say­sız-he­sab­sız və­zi­fə­lər var. Onun bu sə­mi­mi və ixlas­lı səy­lə­ri­nin həd­di-hü­du­du, fa­si­lə­si yox­dur. Bu sə­bəb­dən ye­ri­nə ye­ti­ri­lən iş, ta­mam­la­nan və­zi­fə, ba­şa çat­dı­rı­lan ha­zır­lıq iş­lə­ri­nə ara ver­mək üçün sə­bəb de­yil, tam ək­si­nə, ye­ni fəa­liy­yə­tə baş­la­ma­ğın bir nişanəsidir. Oxumağa davam et

Boş İşlərə Vaxtımızı Sərf Etməyək

Mö­min­lər boş və mə­na­sız da­nı­şıq­la­ra mə­həl qoy­ma­dıq­la­rı ki­mi, axi­rət­lə­ri üçün heç bir fay­da­sı ol­ma­yan, hət­ta on­la­ra zə­rər ve­rə­cək boş iş­lə­rə də vaxt­la­rı­nı sərf et­məz­lər. Mö­min­lə­rin bu xü­su­siy­yə­ti ayə­də be­lə bil­di­ri­lir:

«O kəslər ki, lüzumsuz seylərdən üz dön­də­rərlər» («Mu­mi­nun» su­rə­si, 3).

Al­la­hın razılığını nə­zə­rə alın­ma­dı­ğı hər bir iş Quran­da bil­di­ri­lən hə­min lü­zum­suz iş­lə­rə aid­dir. İn­san hət­ta Quran­da əmr edi­lən ən mü­hüm iba­də­ti də Al­la­hın razılığından kə­nar, vər­diş ol­du­ğu və hə­min an­da ona asan gəl­di­yi üçün, əsas, la­kin ona çə­tin olan bir iş­dən ya­xa qur­tar­maq üçün və ya ha­mı­nın et­di­yi bir iş ki­mi edər­sə, bu, lü­zum­suz ola bi­lər. Oxumağa davam et

Namaz və Huşu

Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin da­im ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r qismində nəzərdən keçirməməlidirlər. Tam ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:

«Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!» («Mu­mi­nun» su­rə­si, 1-2). Oxumağa davam et

Həsəd Etməyin!

İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128). Oxumağa davam et

Dünyanın Cazibəsinə Aldanmayın!

Mö­mi­nin diq­qət edə­cə­yi mə­sə­lə­lər­dən bi­ri də onun gün­də­lik hə­ya­tın qa­rı­şıq­lıq­la­rı için­də dün­yə­vi ha­di­sə­lə­rə al­da­na­raq hə­qi­qi məq­sə­di­ni unut­ma­maq­dır. Mö­mi­nin əsas və­zi­fə­si Al­la­hın qu­lu ol­du­ğu­nu unut­ma­maq, Quran­da bil­di­ri­lən əmr və töv­si­yyə­lə­ri də­qiq­lik­lə ye­ri­nə ye­tir­mək­dir. İn­san əl­də et­di­yi iman də­rə­cə­si­ni da­im tə­zə­lə­mək və in­ki­şaf et­dir­mək yö­nün­də ça­lış­ma­dıq­ca möv­cud və­ziy­yə­ti­ni də qo­ru­ya bil­məz, mə­nə­viy­ya­tı sü­rət­lə köh­nəl­mə­yə, ima­ni həs­sas­lı­ğı, ağılı isə azal­ma­ğa baş­la­yar.

Bə­zi in­san­lar üçün Oxumağa davam et

Allahı Zikr Etmək

Həmd və zikr et­mək mö­mi­nin hə­ya­tı­nın bir his­sə­si­dir. Həmd (şükür) hər növ mədh, ucalt­ma və il­ti­fa­ta yal­nız Al­la­hın la­yiq ol­du­ğu­nu, zikr isə Al­la­hın ağı­la gə­lən hər cür qü­sur və səhv­dən uzaq ol­du­ğu­nu həm dil­də, həm də qəl­bən təs­diq et­mək­dir.

Həmd və zikrin yal­nız mö­min­lə­rin de­yil, bü­tün kai­na­tın bir iba­də­ti ol­du­ğu ayə­lər­də be­lə xə­bər ve­ri­lir:

«Yed­di göy, yer və on­lar­da olan­lar Al­la­hı təq­dis edir. Elə bir şey yox­dur ki, Al­la­ha tə­rif de­yib Ona şükür et­mə­sin, la­kin siz on­la­rın təq­di­si­ni an­la­maz­sı­nız, Al­lah hə­qi­qə­tən, hə­lim­dir, ba­ğış­la­yan­dır!» («İs­ra» su­rə­si, 44). Oxumağa davam et

Din Əxlaqını Yaşamaqda Zəiflik Göstərməyin

Bir mö­mi­nin ima­nı­nın gü­cü, sə­mi­miy­yə­ti və qə­tiy­yə­ti onun Al­lah yo­lun­da mü­ba­ri­zə­sin­dən, İs­la­ma olan sev­gi­sin­dən ay­dın olur. Onun bu mü­ba­ri­zə­də gös­tər­di­yi davra­nış­la­rı imanının zə­if və ya güclü ol­ma­sı­nı mü­əy­yən edir.

Din­də zə­if­lik gös­tər­mək mö­min­lər ara­sın­da ima­ni cə­hət­dən tam ola­raq ye­tiş­mə­miş in­san­la­ra xas olan xü­su­siy­yət­dir. Bu in­san­da zə­if­lik çə­tin an­lar­da ge­ri çə­kil­mək, risk et­mə­mək, nəf­si­nə bir zə­rər gəl­mə­sin­dən çə­kin­mək, nəf­si­nin ra­hat­lığını və mən­fə­ət­lə­ri­ni di­nin mən­fə­ət­lə­rin­dən üs­tün tut­maq şək­lin­də or­ta­ya çı­xır. Be­lə ki, on­la­rın şüu­ru Al­lah yo­lun­da­ üzləşdikləri çə­tin­lik və ya təh­lü­kə­dən qaç­ma­ğı öz­lə­ri üçün bir qa­zanc, hət­ta Oxumağa davam et