Ailə Həyatında Qadına Verilən Dəyər

helal-sut-emmis-binlerce-erkegin-evlenmek-istedigi-20-kadin-ozelligi-1263429228İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə, demək olar ki, qaçılmaz olur. Oxumağa davam et

İman Edən Alimlərin “Dinə Xidmət Şövqü”

Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.

Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər. Oxumağa davam et