Müasir elm: kainat yoxdan yaradılmışdır

2genisleyen-evrende-de-enerji-korunuyor-mu“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”

Andrey Linde (kosmologiya professoru) (1).

Oxumağa davam et

Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı

CMB_Timeline75Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı

Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik. Oxumağa davam et

Qurani-Kərimdə kainatın yaradılışı

Qurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.kurani-kerim

Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.

Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür. Oxumağa davam et

Təkamül nəzəriyyəsi nə üçün biologiyanın əsasını təşkil etmir

50x5h6thTəkamülçülər tərəfindən tez-tez təkrarlanan bir iddia var: təkamül nəzəriyyəsinin elmin əsasını təşkil etməsi yalanı… Bu iddianı ortaya atanlar təkamül nəzəriyyəsi olmadan biologiya elminin inkişaf edə bilməyəcəyini, hətta mövcud olmayacağını iddia edirlər. Əslində, bu iddia çarəsizlikdən irəli gələn demaqoqluqdan ibarətdir. Türkiyənin elm sahəsində yetişdirdiyi tanınmış simalardan biri olan filosof prof. dr. Arda Denkel bu mövzunu belə şərh edir: Oxumağa davam et

Müasir Elmin İslami Mənşəyi

14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.

Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.

İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 1

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. Oxumağa davam et