Ölənə Qədər Səbir

İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə “Rəbbin üçün səbr et” (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur:

“Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran Surəsi, 200)

Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et