Yaxın Şərq müharibələrinin bədəli

 

21-ci əsrin başlanğıcından etibarən dünya müharibə burulğanının içinə düşüb. İraq və Əfqanıstanın işğalında, Liviya, Suriya və Yəmən vətəndaş müharibələrində milyonlarla müsəlman həlak oldu. Hər gün minlərlə qadın, uşaq, qoca, gənc, məsum bu şəhid siyahılarına salınır. Dünyanın bir hissəsi həlak olarkən, digər hissəsi istifadə etdiyi müharibə silahları haqqında iftixar dolu xəbərlər yayımlayır.

Bu müharibələr sanki yeni silahlar üçün şou sahəsinə çevrilib. ABŞ yeni B2 bombardman təyyarələrini ilk dəfə Əfqanıstan və Liviya müharibələrində istifadə etdi. Silahlı pilotsuz uçan aparatlar – dronlar isə ilk dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Pakistanda istifadə edildi. 75 milyard dollarlıq F22 Raptor təyyarəsi Suriya vətəndaş müharibəsini gözlədi. Bu günə qədər 400 milyard dollar pul xərclənən və 1 trilyonluq büdcəyə malik olacaq F35 təyyarələri isə ölüm yağdırmaq üçün növbəsini gözləyir. Bu silah nümayişində Rusiya da geri qalmır. Suriya vətəndaş müharibəsində Tupelov TU-160 müharibə təyyarəsini, Raduga Kh-101 cruise raketlərini, yeni mexaniki top MSTA-B-ni, S 400 raket sistemini ilk dəfə döyüş meydanına endirdi. Fransız təyyarələri Rafalelər də ilk dəfə Liviya və Suriya vətəndaş müharibələrində istifadə edildi. Rusiya həmçinin 1500 km uçuş məsafəsinə sahib 3m-14 Kalibr raketlərini Xəzər dənizindən Suriyadakı hədəflərə göndərdi. Oxumağa davam et