Münafiqlərin Aldatma Üsulları

Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:

“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)

Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:

“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12) Oxumağa davam et

Münafiqlər Batil Dinlərində Qərarlıdırlar: Peyğəmbərin Tətbiq Etdiyi Dini Bəyənmirlər

O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir! (Ənfal surəsi, 49)

Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm olun. (Bizdən) istənilən şey budur (tövhiddir). Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad surəsi, 6-7) Oxumağa davam et