Münafiqlərin Aldatma Üsulları

Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:

“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)

Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:

“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12) Oxumağa davam et