İslam Dünyasında Parçalanmanın Səbəbləri

İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.

Oxumağa davam et

Niyə İslam Birliyi?

Birləşmiş Ərəb Əmirlikləri: Dubay

İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.

Oxumağa davam et

İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti

Qubbət-üs Səhra

Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.

Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.

Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. Oxumağa davam et

İslam: Dünyanı Aydınladan İşıq

İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. Oxumağa davam et