Amerikada lobbilər dövrü sona çatır?

lobbi8 noyabr prezident seçkisi ABŞ siyasəti haqqında bilinən bir çox qəlibləri sındırdı. Bu günə qədər ABŞ prezidenti olmaq üçün əsas medianın dəstəyinin vacibliyinə inanılırdı. Namizədlər seçkilərdə qalib gəlmək üçün ən çox büdcəyə sahib olmağa çalışırdılar. Bu qədər böyük məbləği yığmaq üçün də bir ovuc mənfəət qrupu və sərmayədarın dəstəyi lazım idi. Maliyyəçilər tərəfindən dəstəklənməyən heç bir namizəd prezident ola bilməzdi. Partiya iyerarxiyasının, ideoloqlarının, Hollivud və idman dünyasının məşhurlarının dəstəyini almayan namizədlər məğlub olmağa məhkum hesab edilirdi. Seçki proqnozlarının qalib tərəfi müəyyən etdiyi zənn edilirdi. Sadaladığımız bu qruplar ABŞ seçkiləri üçün mütləq idi. Bir araya gəldikdə bir çoxları tərəfindən “establishment” adlandırılan ABŞ-dakı “qurulmuş nizamı” təşkil edirdilər. Belə ki, bu “qurulmuş nizam” tərəfindən qəbul edilməyən, dəstəklənməyən, maliyyələşdirilməyən namizədin prezident seçilməsi qeyri-mümkün hesab edilirdi. 150 milyon seçiciyə isə bu sistemdə tamaşaçı rolunu oynamaq düşürdü. Oxumağa davam et

Peyğəmbərimizin (səv) dövründə Kitab əhli və müşriklərlə imzalanan sazişlər cəmiyyətdə ədaləti bərqərar etmişdir

image3Peyğəmbərimiz (səv) Məkkədən Mədinəyə hicrət etdikdən sonra müxtəlif insan qrupları ilə qarşılaşmışdır. O dövrdə Mədinədə böyük nüfuza malik olan yəhudilər, xristian qruplar və həmin vaxta qədər İslamı qəbul etməmiş, keçmiş dinlərinə davam edən müşriklər birlikdə yaşayırdılar. Oxumağa davam et

Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər

Alhambra.transformed

Hər bir mədəniyyət müəyyən aspektləri ilə tarixə düşüb, hər biri ardında fərqli izlər buraxıb. Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

Qərb tarixçilərinin qaranlıq dövr kimi səciyyələndirdiyi orta əsrin parıldayan ulduzu Əndəlus Avropa mədəniyyətinin formalaşmasında aparıcı rol oynayıb. Şəhər yenilik, mədəniyyət və sivilizasiya anlayışlarının zirvəyə çatdığı əsas mərkəz idi. Avropa günəşin batması ilə qaranlığa qərq olarkən Əndəlusə bağlı Kordova küçələri 24 saat lampalarla işıqlandırılırdı. Avropa çirk və palçıq içində olarkən, Kordovanın dörd tərəfi səki ilə örtülmüşdü və mindən çox hamamı var idi. Oxumağa davam et