Müsəlmanın danışıq üslubunun insanlardakı təsiri

 

Müsəlmanın danışıq üslubu vacib iman əlaməti və dünyadakı ən təsirli danışıq formasıdır. Bu təsirin gücü isə möminlərin imanlarından və səmimiyyətlərindən irəli gəlir. Çünki müsəlmanların sözləri ilə yaşadıqları bir-birini təsdiq edir. Danışıqları həqiqətən inandıqlarını və hiss etdiklərini əks etdirir. Müsəlman üslubu ilə danışan insanlarla üzləşənlər çox vaxt heyranlıq hissinə qapılırlar. Həyatları boyu Quran əxlaqını əks etdirməyən danışıqlara şahid olduqları üçün müsəlmanların səmimiyyətindən çox təsirlənirlər. Daha əvvəl tanış olduqları bəzi insanlar da gözəl əxlaqın və səmimi dindarlığın zəruriliyini onlara çatdırmış ola bilər. Amma bu insanların öz danışdıqlarını özlərinin tətbiq etməməsi qarşıdakı insanda təsir yaratmır. Bu kimi insanlarla çox qarşılaşdıqlarından sözü ilə əməli bir olan insanları gördükdə daha əvvəl dəfələrlə eşidib əhəmiyyət vermədikləri məsələləri Allahın diləməsi ilə böyük diqqət və səmimiyyətlə dinləməyə və yerinə yetirməyə başlayırlar. Məhz müsəlman danışıq üslubunun insanlar üzərində yaratdığı ən mühüm təsirlərdən biri budur: Allahın diləməsi ilə insanların qəlbini imana isindirmək, onlara imanı sevdirə bilmək…

Müsəlman üslubu ilə danışan insan Quran əxlaqını ən təsirli və ən gözəl şəkildə izah edir. Məsələn, Allah qorxusunu danışarkən ürəyindəki Allah qorxusu danışıqlarına əks olunur və Allahın izni ilə qarşı tərəfin bu məsələni daha asan dərk etməsinə səbəb olur. Həmin mövzunu qəlbində bu qorxunu yaşamayan bir insan izah etməyə çalışsa, eyni cümlələri eyni şəkildə ard-arda gətirsə, qarşı tərəf danışanın səmimiyyətinə inana bilməyəcəyi üçün danışılanlardan da təsirlənə bilməz. Halbuki müsəlman üslubu ilə danışan insan səmimiyyəti yaşayaraq səmimiyyəti, təslimiyyəti hiss edərək təslimiyyəti, tolerant üslubla tolerantlığı, mərhəmətli münasibətlə mərhəməti və bunlar kimi hər mövzunu hiss edərək danışır və hamısında Allahın diləməsi ilə qarşı tərəfin vicdanına təsir edir. Oxumağa davam et