Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Oxumağa davam et

Materializmin Elmi Cəhətdən Çöküşü

“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: Oxumağa davam et