İnsanın nəfsi təxirə salmağa meyillidir. Ona görə bəzi insanlar Allahın istədiyi kimi yaşamağı, səmimi olmağı daima təxirə salırlar. Halbuki “yaşlandıqda namaza başlayaram”, “bu yaxınlarda Quran oxumağa başlayaram”, “bütün səhvlərimi düzəldərəm”, “ali məktəbi də bitirim, dərhal namaz qılmağa başlayaram”, “bir az yetkinləşim, sonra dərin-dərin düşünərəm”, “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm”, “yaxşı karyera qurum, zülmə məruz qalan müsəlmanlar haqqında o zaman düşünərəm” deyən bir çox insan var. Allah onlara güc və imkan verdikdə bunları etməz, ancaq anidən bunları edə bilmyəcək hala düşərlər. Allah insanın canını anidən və heç gözləmədiyi anda alıb onu ölüm mələkləri ilə üzləşdirə bilər. Oxumağa davam et
nəfs
Həsəd Etməyin!
İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128). Oxumağa davam et
Dünyanın Cazibəsinə Aldanmayın!
Möminin diqqət edəcəyi məsələlərdən biri də onun gündəlik həyatın qarışıqlıqları içində dünyəvi hadisələrə aldanaraq həqiqi məqsədini unutmamaqdır. Möminin əsas vəzifəsi Allahın qulu olduğunu unutmamaq, Quranda bildirilən əmr və tövsiyyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi iman dərəcəsini daim təzələmək və inkişaf etdirmək yönündə çalışmadıqca mövcud vəziyyətini də qoruya bilməz, mənəviyyatı sürətlə köhnəlməyə, imani həssaslığı, ağılı isə azalmağa başlayar.
Bəzi insanlar üçün Oxumağa davam et
Mənafe Güdməmək
Bir insanın imanında səmimi olduğunun (yalnız Allahın rizasını axtardığının) ən böyük göstəricilərindən biri dünyəvi, bəsit mənafelər arxasınca qaçmaması, ixlaslı, yəni yalnız Allahın razılığı üçün çalışmasıdır. Hər nemətin Allah tərəfindən gəldiyini dərk edən, yalnız Onun razılığını qazanmağa çalışan, hər şeyi Allahdan istəyən və Ondan qorxan mömin, təbii ki, bəsit və kiçik haqq-hesabların arxasınca qaçmayacaqdır.
Buna görə etdiyi işlərdən mənfəət güdüb-güdməmək insanın birbaşa imanı ilə bağlıdır. Allahı və axirəti dərk etmiş bir insan, əlbəttə, bunların yanında adi mənfəət haqq-hesablarına etibar etməyəcək və tamah üçün çalışmayacaqdır. Bunun əksinə olaraq Allahı və axirəti dərk etməyən insanın bu böyük həqiqətləri görməyib bəsit və xırda mənfəətlər arxasınca getməyi təbiidir. Son dərəcə kiçik dünyaya, son dərəcə dar düşüncəyə sahib olacağı üçün hər zaman nəfsinin mənfəətini güdən davranış nümayiş etdirəcək. Oxumağa davam et
İstək və Ehtiraslarını Tanrılaşdıranlar
Quranda nəfsin fücurunu ifadə etmək üçün çox vaxt «həva» terminindən istifadə olunur. «Həva» lüğətdə «istək, ehtiras, nəfsin arzu və həvəsi, şəhvət, şəhvətə qarşı şiddətli meyl, insanın pozulmasına yol açan bütün daxili amillər» şəklində izah edilir.
İnkarçılar nəfsin bu neqativ tərəfini, yəni «həvanı» yeganə yol göstərici və ya məqsəd hesab edirlər. Bütün həyatlarını öz həvalarını razı salmaq istiqamətində qururlar. Bu məqsədlə zehnlərini tamamilə istəklərinin təmin edilməsinə yönəldir və dolayısı ilə dinin insana öyrətdiyi həqiqətləri qavraya bilməyəcək hala gəlirlər.
Allah həvalarının nəzarətində olan insanların Quranı və peyğəmbərlərin təbliğini qavraya bilmədiklərini belə bildirir:
«Onların içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən: «Bu saat o nə dedi?!» – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!» («Muhəmməd» surəsi, 16).
Vicdan və Ruh
Quranda nəfsin iki ayrı tərəfi olduğu bildirilir və nəfsin bir qisminin «həva»dan, yəni insanı Allahın yolundan döndərən xudbin istəklərdən və hərislikdən yarandığına diqqət yetirilir. Nəfsin digər tərəfi olan vicdan isə insanı Allaha və dinin varlığına yönəldir, nəfsin içindəki “fücur”dan çəkinməsini təmin edir.
Vicdan insana Allahın üfürdüyü «ruhdan» qaynaqlanır.
«Səcdə» surəsində Allahın insana Öz ruhundan «üfürdüyü» belə xəbər verilir:
«…O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü…» («Səcdə» surəsi, 7-9).
Allahın Möminlərə Dəstəyi
Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, “And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)
Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Oxumağa davam et