İnsanın nəfsi təxirə salmağa meyillidir. Ona görə bəzi insanlar Allahın istədiyi kimi yaşamağı, səmimi olmağı daima təxirə salırlar. Halbuki “yaşlandıqda namaza başlayaram”, “bu yaxınlarda Quran oxumağa başlayaram”, “bütün səhvlərimi düzəldərəm”, “ali məktəbi də bitirim, dərhal namaz qılmağa başlayaram”, “bir az yetkinləşim, sonra dərin-dərin düşünərəm”, “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm”, “yaxşı karyera qurum, zülmə məruz qalan müsəlmanlar haqqında o zaman düşünərəm” deyən bir çox insan var. Allah onlara güc və imkan verdikdə bunları etməz, ancaq anidən bunları edə bilmyəcək hala düşərlər. Allah insanın canını anidən və heç gözləmədiyi anda alıb onu ölüm mələkləri ilə üzləşdirə bilər. Oxumağa davam et
nəfsin istəkləri
Fitnə Ünsürləri
Möminin dünya həyatında necə yaşamalı olduğunu hər şeyin yaradıcısı olan Allah ən incə təfsilatına qədər bildirmişdir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir. Belə olduğu təqdirdə Allahın vacib buyurduqlarını tamamilə danır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səhlənkar və məsuliyyətsiz münasibət göstərmiş olur.
Allahın dünya nemətlərinin ötəri olduğunu və dünyanın bir imtahan yeri olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, bu cür insanlar dünyanı özlərinə «əsl yurd» seçməklə axirətdən tamamilə üz çevirirlər.
Quranı nəzərə almayan bir insan sadəcə dünyaya yönəlmiş məqsədlər seçməklə, imtahan üçün yaradılan hadisələr içərisində boğulur. Allah mal-dövlətin və eləcə də uşaqların fitnə olacağını bir ayəsində belə xəbər verir:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır (fitnədir). Ən böyük mükafat isə Allah dərgahındadır!» («Təğabun» surəsi, 15).
Ərəb dilində «imtahan» kəlməsinin başqa mənaları olmasına baxmayaraq, bunlar üçün «fitnə» kəlməsinin işlədilməsi olduqca diqqət çəkir. Çünki insan dünyadakı vəzifəsini anlamadan «mütləq evlənməliyəm», « ailəm, uşaqlarım olmalıdır», «mal-mülk sahibi olmalıyam» deyə düşünərək Oxumağa davam et