Allah Heç Kimə Qaldıra Bilməyəcəyi Yükü Verməz

Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə Allaha qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından daha ağır məsuliyyət yükləməz. Allah Bəqərə Surəsində belə buyurur:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. … (Bəqərə Surəsi, 286) Oxumağa davam et