Atomun içində çox mühüm bir tarazlıq var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır. Oxumağa davam et
Nature jurnali
Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar
DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?
Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. Denisovanlar əldə heç bir dəlil olmamasına baxmayaraq, bugünkü insandan, guya, fərqli insan növü və müasir insanın sanki bir yarımnövü kimi tanıdıldı. Oxumağa davam et
Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar
Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.
Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.
Elmin sübut etdiyi həqiqət: qədər
Qədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.