Dəniz Altındakı 100 Milyon İllik Üstün Texnologiya

nautilus
Nautilus
denizaltı
1. Sualtı qayıq su səthində
2. Sualtı qayıq su altında
3. Su dolu çəlləklər
Sualtı qayıqlar suyun səthinə qalxmaq və ya dalmaq üçün xüsusi bölmələrdən istifadə edirlər. Bu bölmələr Nautilusdakı bölmələrlə eyni şeyi edir. Bölmələr hava ilə dolduqda, sualtı qayıq su səthində dayanır. Bölmədəki hava su ilə dəyişdikdə, sualtı qayıq dibə batır. Sualtı qayığın sualtı axını bölmələrinə müvafiq miqdarda suyun vurulması və ya boşaldılması yolu ilə tənzimlənir.
Oxumağa davam et

Təbiətdəki Sürət Qutuları və Reaktiv Mühərriklər

Mühərrikli nəqliyyat vasitələri ilə maraqlanan hər kəs bu vasitələrin hərəkət etməsində çarx qutularının və reaktiv mühərriklərin nə qədər əhəmiyyətli yer tutduğunu bilir. Lakin çox az adam təbiətdə bizim istifadə etdiklərimizdən daha yaxşı dizayna sahib çarx qutularının və reaktiv mühərriklərin olduğundan xəbərdardır.

Sürət qutusu, bir vasitənin sürəti dəyişdiyində mühərrikin ən məhsuldar şəkildə istifadə edilməsini təmin edir. Təbiətdəki çarx qutuları da avtomobillərdəkinə bənzər prinsiplə çalışır. Məsələn, ağcaqanadlar normal uçuş əsnasında havada üç mərhələli sürət təmin edən təbii çarx qutusundan istifadə edirlər. Bir ağcaqanad bu sistem sayəsində qanadlarını istədiyi sürətdə çırparaq birdən sürətlənə və ya yavaşlaya bilir.(54)

Avtomobillərdə mühərrikdən əldə edilən gücü təkərlərə ötürmək üçün çoxlu sayda mexanizmdən istifadə edilir. Düzgün sürmə, ancaq mexanizm addım-addım istifadə edildiyi təqdirdə əldə edilə bilər. Avtomobillərdəki olduqca ağır və böyük yer tutan bu mexanizm yerinə, ağcaqanadlarda yalnız bir neçə millimetrə sığan bir mexanizm vardır. Daha rahat olan bu mexanizm sayəsində ağcaqanadlar qanadlarını rahatlıqla çırpa bilirlər.

Oxumağa davam et