Təsirli təxribat silahı: nifrət

 

dunya sevgisiTarix boyu müharibələrə təkan verən bir çox amil olub. Bu səbəbdən tarix bizə böyük faciələrin yaşandığı müharibə sahəsinin görüntüsünü təqdim edir. Belə ki, 1819-1949-cu illər arasında dövlətlərarası müharibələrin sayı 289 olaraq hesablanıb. Dünya müharibələrinin baş vermədiyi dövrlərdə belə lokal müharibələrdə ölənlərin ümumi sayının 100 milyondan çox olduğu məlumdur.

XX əsr keçmiş müharibələrdən dərs almamış millətlərin bir-birilə kor-koranə mübarizə apardığı dünya müharibələrinə səhnə oldu. I Dünya Müharibəsinin böyük dağıntıları azmış kimi, böyük dövlətlər II Dünya Müharibəsini başladılar. II Dünya Müharibəsində 53 milyon insan həyatını itirdi. Bunların 60%-i mülki şəxslər idi. 40 milyon insan yaşadığı yerləri tərk edərək qaçqın vəziyyətinə düşdü. Müharibələrin ümumi xərcinin 1996-cı ilin rəqəmlərinə əsasən, səkkiz trilyon dollar olduğu bildirilir.

Dövlətlər bu böyük kabusdan sonra dünyanın eyni vəziyyətə düşməsinin qarşısını almaq üçün həll yolları axtardılar. BMT bu anlayışın məntiqsizliyini dərk etmiş dövlətlərin təşəbbüsü idi, əslində. Yeni dünya müharibəsinin baş verməməsi üçün bu müsbət addım idi. Yeni dünya müharibələrinin qarşısı alınmağına alındı, lakin dövlətlər yenə də müharibələri dayandıra bilmədilər. İsveç araşdırma mərkəzi SIPRI 1989-1997-ci illər arasında 103 silahlı toqquşma olduğunu bildirir. Bunlardan altısı dövlətlərarası müharibələrdir. 2000-ci illərin gətirdiyi fəlakətlər isə daha böyükdür. Oxumağa davam et