Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

languages-word-cloudBiz danışarkən fikirlərimizi nitq sayəsində nizamlı qəliblər və qarşı tərəfin anladığı mənalı ifadələrlə çatdırırıq. Bunların hər biri olduqca ixtisaslaşmış əzələ hərəkətləri və söz sıralaması tələb etdiyi halda, biz bunlara diqqət ayırmırıq. Biz sadəcə söhbəti “arzulayırıq”. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-açılaraq səslər, hecalar və sözlər çıxarması və mübtəda, xəbər, zərflik kimi üzvlərin uyğun zamanda işlədilməsi nəticəsində qarşı tərəfin başa düşdüyü cümlələr ortaya çıxır. Bu qədər kompleks mərhələlərə əsaslanan bir istedadı istifadə etmək üçün bizim “arzulamaq”dan başqa, demək olar ki, heç bir şey etməməyimiz, nitqin bioloji formalarla məhdud istedad olmadığını açıq şəkildə göstərir.

İnsanın danışıq bacarığı təkamül prosesinin xəyali zərurətləri və ya xəyali mexanizmləri ilə izah oluna bilməyən olduqca mürəkkəb qabiliyyətdir. Təkamülçülər çox çalışsalar da, kompleks bir istedad olan nitqin sadə heyvani ünsiyyət formalarından  təkamül keçirdiyi iddialarına dəlil göstərməkdə tamamilə uğursuz olublar. Pensilvaniya Universitetindən Devid Premakın “insan dili təkamül nəzəriyyəsi üçün bir ləkədir”1 şəklindəki sözləri bu uğursuzluğu birmənalı şəkildə ortaya qoyur. Oxumağa davam et