Hər İnsan Vəhylə Hərəkət Edir

İnsan vəhylə necə hərəkət edir?

Peyğəmbərlərə gələn vəhy ilə insanlara gələn vəhy arasındakı fərq nədir?

Hz. Mehdi (ə.s) vəhy alacaqmı?

Allah hər insana gözəl davranmağı və danışmağı, sağlam fikirlə mühakimə yürütməyi, doğrunu və yanlışı bir-birindən ayırd etməyi ilham edir. Bu mənəvi xüsusiyyət vicdandır.

Allahın hər insana vəhyi: vicdan

Vicdan bütün insanlarda ortaqdır. Yəni bir insanın vicdanına görə doğru olan şey eyni şərtlər daxilində başqa insanların vicdanlarına görə də doğrudur. Vicdanlar heç vaxt bir-birinə zidd olmaz. Bunun səbəbi vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. İnsan vicdanını dinlədikdə Allahın vəhyi ilə hərəkət etmiş olur. Allah hər insana vicdanı vasitəsilə Öz rizasına uyğun ən doğru davranışları bildirir. Oxumağa davam et