Proton və Neytronlar Arasındakı Müvazinət

Məlumdur ki, hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar.

Atomun mərkəzində nə qədər proton varsa, kənarında da o qədər elektron olur. Bu sayədə atomların elektrik yükü tarazlanır. Ancaq Oxumağa davam et

Miniatür Məlumat Bankı: DNT

DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

DNT hüceyrənin mərkəzində yerləşən nüvədə ciddi şəkildə qorunur. İnsan orqanizmində sayı 100 trilyona çatan hüceyrələrin diametrinin təxminən “millimetrin yüzdə biri” olduğu  nəzərə alınsa, nə qədər kiçik yerdən bəhs edildiyi daha yaxşı başa düşülər. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəltəbiiliyin açıq dəlilidir.

DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda Oxumağa davam et